Astara sakini odlu silah satarkən tutulub - FOTO

11:15 07.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Astara sakini odlu silah satarkən saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən hafta.az-a verilən məlumata görə, Astara Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində növbəti tədbir keçirilib. 

Belə ki, Astara RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Şiyəkəran kənd sakini, əvvəllər məhkum olunmuş Sadiq Rzayev lüləsi və qundağı kəsilmiş vəziyyətdə olan İJ-17 markalı 16 kalibrli odlu silah olan tüfəngi satarkən tutulub.

Onun üzərinə keçirilən baxış zamanı 2 ədəd patron da aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.